CƏMİYYƏT


Tənhalıq insan üçün ən böyük təhlükədir

Bakı, 7 avqust, AZƏRTAC

Tənhalıq və tərkidünyalıq piylənmədən də böyük təhlükədir. ABŞ-ın Brikheym Yanq Universitetinin psixoloqları belə bir qənaətə gəliblər. Onların fikrincə, həmin amillərin əhaliyə təsiri ilbəil artır və milli problemə çevrilə bilər. Alimlər bu barədə Amerika Psixoloji Assosiasiyasının 125-ci illik konvensiyasında məlumat veriblər. AZƏRTAC xəbər verir ki, tədqiqat barədə press–reliz EurekAlert saytında yerləşdirilib.

Mütəxəssislərin söylədiklərinə görə, başqaları ilə qarşılıqlı münasibət hər kəsin sağlam yaşaması və psixoloji rahatlığı üçün əsas tələbatlardandır. Amerika Pensiyaçılar Assosiasiyası qeyri-hökumət təşkilatının tənhalığın öyrənilməsi ilə əlaqədar apardığı tədqiqatın nəticəsinə görə, yaşı 45-i ötmüş 42,6 milyon amerikalı xroniki tənhalıqdan əziyyət çəkir. 2014-cü il siyahıyaalmasına görə, ölkə əhalisinin dörddəbirindən çoxu tənha yaşayır, yarıdan çoxu isə nikah bağlamayıb.

Alimlər hər biri onlarla tədqiqatın nəticələrini özündə ehtiva edən iki metaanaliz aparıblar. Birinciyə ümumilikdə 300 mindən çox könüllünün iştirak etdiyi 148 elmi araşdırma daxil edilib. Məlum olub ki, möhkəm sosial əlaqələr erkən ölüm riskini 50 faiz azaldır. İkinci metaanalizdə isə Şimali Amerika, Avropa, Asiya və Avstraliyadan 3,4 milyon nəfərin iştirak etdiyi 70 tədqiqatın nəticələri öyrənilib. Alimlərin qənaətə əsasən tərkidünyalıq və ya tənhalıq erkən ölüm riskini, piylənmə də daxil olmaqla, digər amillərdən daha çox artırır.

Mütəxəssislər hesab edirlər ki, səhiyyə sistemi sosial əlaqələrin əhalinin sağlamlığına təsirini nəzərə almalıdır. Tənhalığa daha həssas olan pensiyaçıların başqaları ilə ünsiyyətdə ola biləcəyi istirahət evlərinin və parkların tikintisi də zəruridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.