İDMAN


Tennis üzrə qadın cütlüklərin mübarizəsində Türkiyə idmançıları qızıl medal qazanıblar

Bakı, 21 may, Elvin Camalov, AZƏRTAC

Mayın 21-də qadınlar arasında tennis üzrə cütlüklərin mübarizəsində Türkiyə idmançıları qızıl medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada Türkiyə və Özbəkistan idmançıları arasında gərgin idman mübarizəsi aparılıb. Türkiyə tennisçiləri Ayla Aksu-Berfu Cengiz dueti Sabina Şaripova-Polina Merenkova (Özbəkistan) cütlüyünə hər iki setdə qalib gəlib - 6:3, 7:5.

Bürünc medal uğrunda görüşdə Malayziya təmsilçiləri Cavairiah Noordin-Selva Racu Teiviya dueti Anastasiya Prenko-Cahan Bayramova (Türkmənistan) cütlüyü ilə üz-üzə gəlib. Oyunda qələbə qazanan (7:6, 6:0) malayziyalı idmançılar bürünc medala sahib olublar.

Beləliklə, qadınlar arasında tennis üzrə cütlüklərin yarışında Türkiyə idmançıları qızıl, Özbəkistan atletləri gümüş, Malayziya təmsilçiləri isə bürünc medalları aktivlərinə yazıblar.

Mükafatlandırma mərasimində qaliblərə medalları Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təqdim edib.

Qalib idmançıların şərəfinə Türkiyənin dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.