İDMAN


Tennis yarışlarının doqquzuncu günündə cütlüklərin mübarizəsində yarımfinal qarşılaşmaları keçirilir

Bakı, 20 may, Elvin Camalov, AZƏRTAC

Mayın 20-də İslamiadanın tennis yarışlarının doqquzuncu günündə kişilər və qadınlar arasında fərdi mübarizənin yarımfinal mərhələsinin bütün iştirakçıları və cütlüklər arasında finalçılar müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, gün ərzində ümumilikdə 12 görüş oynanılacaq. Həm kişilər, həm də qadınlar arasında fərdi yarışlarda dörddəbir final mərhələsinin oyunları keçiriləcək. Kişi və qadın cütlüklərin yarışlarında isə yarımfinal görüşləri oynanılacaq.

“Bakı-2017”nin tennis yarışlarına mayın 22-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.