REGİONLAR
Tennis yarışlarının final mərhələsində 100-ə yaxın idmançı iştirak edir VİDEO
Xaçmaz, 2 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində İdman Məktəblərinin VIII Respublika Oyunlarının proqramına daxil olan stolüstü tennis üzrə yarışların final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 12 yaşa qədər oğlan və qızlar arasında təşkil olunan birinciliyə, ümumilikdə, 100-ə yaxın idmançı qatılıb.
Final mərhələsində Bakı, Sumqayıt, Gəncə, Şabran, Salyan, Şəki, Qax və Şirvanı təmsil edən komandalar yarışın qaliblərini müəyyənləşdirmək üçün mübarizə aparır.
Dekabrın 4-dək davam edəcək turnirin keçirilməsində əsas məqsəd, gənclərin stolüstü tennisə marağını artırmaq, bölgələrdə bu idman növünün inkişafını təmin etmək və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək idmançıları aşkarlamaqdan ibarətdir.
Yarışın qalibləri Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla təltif olunacaqlar.