İDMAN


Tennis yarışlarının səkkizinci günündə cütlüklərin mübarizəsində dörddəbir final qarşılaşmaları keçirilir

Bakı, 19 may, Elvin Camalov, AZƏRTAC

Mayın 19-də İslamiadanın tennis yarışlarının səkkizinci günündə kişilər və qadınlar arasında fərdi mübarizənin dörddəbir final mərhələsinin bütün iştirakçıları və cütlüklər arasında yarımfinalçılar müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, gün ərzində ümumilikdə 12 görüş oynanılacaq. Həm kişilər, həm də qadınlar arasında fərdi yarışlarda səkkizdəbir final mərhələsinin dörd oyunu keçiriləcək. Kişi və qadın cütlüklərin yarışlarının hər birində də iki oyun olacaq.

“Bakı-2017”nin tennis yarışlarına mayın 22-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.