İDMAN


Tennisçi Rafael Nadal ikiqat Olimpiya çempionu olub

A+ A

Bakı, 13 avqust, AZƏRTAC 

İspaniyalı tennisçilər Rafael Nadal və Mark Lopes “Rio-2016” Yay Olimpiya Oyunlarında cütlüklərin yarışında qızıl medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, final görüşündə Rafael Nadal - Mark Lopes cütlüyü rumıniyalı Florin Merqya – Xori Teçeu duetindən üstün olub – 6:2, 3:6, 6:4.

İki saat 26 dəqiqə davam edən görüşdə ispaniyalı tennisçilər cəmi 1 dəfə ikili səhv ediblər.

Beləliklə, R.Nadal ikinci Olimpiya çempionluğuna sevinib. Tennisçi ilk qızıl medalını 2008-ci ildə Pekində təşkil olunan Olimpiya Oyunlarında şəxsi yarışlarda qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.