ELM VƏ TƏHSİL
Təqvim planının növbəti mərhələsi başlanıb
Bakı, 1 aprel, AZƏRTAC
“2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı”nın növbəti mərhələsi başlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, aprelin 15-dək davam edəcək bu mərhələ ümumtəhsil məktəblərində təhsil alan buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən əvvəlki tədris ilinin illik qiymətlərinin sinif rəhbərləri tərəfindən yoxlanmasını, zəruri hallarda məlumatlara təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən müvafiq əlavə və düzəlişlərin edilməsini əhatə edir.
Ümumtəhsil məktəblərinin əlaqələndiriciləri “Şagird-məzun” sisteminə daxil edilməmiş məlumatların aprelin 15-dək əlavə olunaraq təsdiqlənməsini təmin etməlidirlər.
Ümumtəhsil məktəblərin 9-cu və 10-cu sinif şagirdlərinin məlumatlarının “Şagird-məzun” sisteminə daxil edilməsi üzrə aprelin 1-nə olan ümumi statistika açıqlanıb.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~20J9F