MƏDƏNİYYƏT
Təranə Mahmudova və Fatimə Fətəliyeva “Retro Bakı” layihəsində çıxış edib
Bakı, 22 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin təşkilatçılığı ilə reallaşan “Retro Bakı” layihəsi çərçivəsində konsertlər davam edir.
Bu həftə keçirilən konsertlərdə tanınmış müğənni Təranə Mahmudova, rəqqasə Fatimə Fətəliyeva, gənc müğənnilər Nofəl Aslanov, Mircabbar Mirbabayev, Günel İlqarlı, Rasim Əsgərəliyev, Aynur Əliyevə, Nigar Süleymanova, Səbinə İsmayılova, Rus folklor ansamblı, “Xan” və “Banu” rəqs qrupları maraqlı çıxışlarını təqdim ediblər.
İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqslərə tamaşa edib və rəngarəng musiqi nömrələrini dinləyiblər.
Qeyd edək ki, layihə tədbirləri oktyabrın ortalarınadək davam edəcək.