SİYASƏT
Təranə Nəzərova: Referendumda iştirak hər bir azərbaycanlının vətəndaş borcudur
Stokholm, 26 sentyabr, AZƏRTAC
Referendumda iştirak hər bir azərbaycanlının vətəndaş borcudur.
Bu fikri Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar keçirilən referendumda səs vermək üçün Helsinkidən Stokholma gələn Finlandiyadakı Azərbaycan diasporunun rəhbəri, “Dostluq” Azəri-Finn Cəmiyyətinin sədri Təranə Nəzərova AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.
Diaspor təşkilatının rəhbəri bildirib ki, səs vermək üçün Finlandiyadan Stokholma çoxlu sayda həmyerlimiz də səfər edib. Hər kəs bu referendumda iştirak etməyi özünə borc bilir.
Seçki məntəqəsində yaradılan şəraitdən məmnunluğunu vurğulayan diaspor fəalı bildirib ki, səsvermə prosesi çox yüksək səviyyədə təşkil edilib, səs verənlərin hüquqlarının və rahatlığının təmin edilməsi üçün səfirlik lazım olan bütün zəruri işlər görüb.
“Dostluq” Azəri-Finn cəmiyyətinin sədri Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ölkəmizin rifahına və daha da inkişafına gətirib çıxaracağına əmin olduğunu vurğulayıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm