CƏMİYYƏT


Tərcümə Mərkəzi dil kursları təşkil edir

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ölkədə fəaliyyət göstərən xarici vətəndaşlar üçün Azərbaycan dili kursları təşkil edir.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kurslar interaktiv formatda – şifahi danışıq və yazı mədəniyyətinin təkmilləşdirilməsi üzrə keçirilir. Məşğələlər həftədə 2 dəfədən az olmamaqla 6-12 ay müddətində olacaq.

Xarici dil öyrənmək istəyən şəxslər və abituriyentlər üçün ingilis, fransız, alman, ispan, rus, türk, fars və ərəb dilləri üzrə dil kursları, tərcümə peşəkarlığı səviyyəsini artırmaq istəyənlər üçün media, maliyyə, iqtisad, hüquq, bədii və humanitar sahələr üzrə ixtisasartırma kursları mərkəzin Ə.Topçubaşov, 74 ünvanında (“Nizami” metrosu yaxınlığında) keçirilir.

Kurslara qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsinin surəti, iki ədəd fotoşəkil və CV formasını mərkəzin [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.

Kursları bitirən şəxslərə mərkəz tərəfindən diplom və sertifikatlar verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.