MƏDƏNİYYƏT


Tərcümə Mərkəzi və Argentina səfirliyi növbəti nəşr layihəsinin təməlini qoyub

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Argentina Respublikasının ölkəmizdəki səfiri Karlos Dante Riva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, səfir məşhur Argentina uşaq yazıçısı Mariya Elena Uolşun “Qulubunun nağılları” (“Cuentopos de Gulubú”) və “Daylan Kifki” (“Dailan Kifki”) kitablarını, həmçinin Klaudia Pineironun “Kiçik uğur” (“Una suerte pequeña”) əsərini Azərbaycan dilinə tərcümə və nəşr olunması üçün mərkəzin direktoru Afaq Məsuda təqdim edib.

İki ölkə arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində ədəbiyyatlararası mübadilələrin xüsusi rolunu qeyd edən səfir bu kitabların Azərbaycan oxucusunun marağına səbəb olacağına əminliyini bildirib.

Qeyd edək ki, cari ilin mayında səfirliklə mərkəzin ilk birgə layihəsi olan Adolfo Bio Kasaresin “Morelin ixtirası” əsəri Azərbaycan dilində işıq üzü görüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.