MƏDƏNİYYƏT


Tərcümə Mərkəzinin yeni nəşri – Migel Delibesin “Seçilmiş əsərləri” işıq üzü gördü

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri –görkəmli ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba daxil edilmiş romanlarda Kastiliya kəndinin problemlərindən, Franko rejiminin gerçəklərindən, bu rejimin insan psixologiyasına təsirindən bəhs edilir.

XX əsr ispan ədəbiyyatının sonuncu klassiki adlandırılan Migel Delibesin əsərlərini dilimizə Saday Budaqlı tərcümə edib. Nəşrin redaktoru Mahir Qarayevdir. Kitabın elektron versiyası yaxın günlərdə Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanasında onlayn mütaliəçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, M.Delibes “Sərv ağacının uzun kölgəsi” (1947), “Yol” (1950), “Sərsəm” (1953), “Qırmızı yarpaq” (1959), “Beş saat Mario ilə birlikdə” (1966), “Altmış yaşlı həyat aşiqinin məktubları” (1983) əsərlərinin, habelə dünyanın müxtəlif dillərinə tərcümə edilmiş 50-dən çox kitabın müəllifidir. O, 1993-cü ildə Servantes mükafatına layiq görülüb. 1998-ci ildə isə “Kafir” romanına görə Nobel mükafatına namizədliyi irəli sürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.