CƏMİYYƏT


“Tərəqqi” texniki-humanitar liseyinin məzunlarının uğuru

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltifi haqqında imzaladığı əmrdə “Tərəqqi” texniki-humanitar liseyinin iki məzununun da adı var.

“Tərəqqi” texniki-humanitar liseydən AZƏRTAC-a bildiriblər ki, 2015-2016-cı tədris ilində bu təhsil müəssisəsinin məzunlarından Bilqeyis Axundova və Aytac Qurbanova qızıl medala layiq görülüblər.

Bu il liseyi bitirən 60 məzundan 55-i 2016-2017-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurlu nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunub. Liseyin üç məzunu isə xarici ölkələrin ali məktəblərində təhsil alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.