CƏMİYYƏT


Tərəvəzlərlə birlikdə yeyilən kahı

Bakı, 12 may, AZƏRTAC

Bostan bitkisi hesab olunan kahının yüzdən çox növü var. Onun yetişdirilmə tarixi 5 min ildən artıqdır.

AZƏRTAC xəbər verir ki, əvvəllər onu toxumlarından yağ əldə etmək üçün əkirdilər. Yunanlar və romalılar kahının dadını öyrənəndən sonra müalicəvi keyfiyyətindən də yararlanmağa başlayıblar. Kahı digər tərəvəzlərlə birlikdə yeyilir və toxluq hissi vermir.

Bitkinin tərkibində qanyaratmada iştirak edən dəmir və maddələr mübadiləsində iştirak edən maqnezium var. Onu dəyərli edən tərkibindəki kalsium və maqnezium nisbətinin ideal olmasıdır.

Kahı şirəsinə yerkökü qatanda A vitamini ilə zənginləşir, kökdə olan natrium kahıdakı kalsium duzunu məhlul vəziyyətində saxlayır, kristala çevrilməyə qoymur.

Kahı şirəsi vərəm və mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər üçün əvəzsiz dərmandır. Ondan sidikqovucu vasitə kimi də istifadə olunur. Yerkökü şirəsi ilə kahı şirəsinin qarışığını hər gün uşağa verəndə sağlam və gümrah böyüyür. Şəkərin miqdarını aşağı saldığına görə şəkərli diabet xəstələrinin də ondan istifadə etməsi məsləhətdir. Piylənmə və pəhriz qidalanması zamanı kahı çox xeyirlidir, xırdalanmış toxumlarının sulu məhlulu laktasiya zamanı ana südünü artırır.

Kahı suyu dəriyə təzəlik verir, sızanaqları aradan qaldırır, sıyığı isə yanıq və çibana səmərəli təsir göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.