SİYASƏT


Tereza Markez: V Konqresdə iştirak etməklə biz həm də Azərbaycan həqiqətləri barədə çox şey öyrəndik

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında qazanılan təcrübə dünya mediası üçün böyük önəm kəsb edir.

Beynəlxalq tədbirlərdə iştirak etmək üçün Bakıda səfərdə olmuş Portuqaliyanın LUSA agentliyinin rəhbəri Tereza Markez AZƏRTAC-a müsahibəsində belə deyib.

“Beşinci Konqres və OANA-nın XVI Baş Assambleyası çox vacib tədbirlərdir. Biz bir-birimizi daha yaxından tanımaq imkanı əldə etdik, qarşımızda duran vacib çağırışlarla bağlı müzakirələr apardıq, problemlərin həlli yollarını araşdırdıq. Bu tədbirlər, həmçinin gələcək əməkdaşlıq baxımından bizə yaxşı imkan yaratdı”, - deyə T.Markez qeyd edib.

LUSA-nın prezidenti vurğulayıb ki, beynəlxalq tədbirlərin açılışında Prezident İlham Əliyevin söylədiyi nitq iştirakçılarda böyük maraq doğurdu. O deyib: “Biz Prezident İlham Əliyevin nitqinə diqqətlə qulaq asdıq və Azərbaycan, bu ölkənin həqiqətləri barədə çox şey öyrəndik. Zənnimcə, dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin bu həqiqətləri bilməsi, Azərbaycanı yaxından tanıması müsbət haldır. Tədbirlərin yüksək səviyyədə təşkilatçılığı və sessiyalarda peşəkarların moderatorluq etməsi də olduqca təqdirəlayiq idi. Bütövlükdə V Konqresin və Baş Assambleyanın möhtəşəm keçdiyini deyə bilərəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.