DÜNYA


Tereza Mey: Britaniyada sabitliyin saxlanılması üçün əlimizdən gələni edəcəyik

London, 9 iyun, AZƏRTAC 

Britaniyanın Baş naziri Tereza Mey növbədənkənar seçkilərdə yenidən səs çoxluğu qazanaraq Maidenhead bölgəsindən parlamentə üzv seçilib.

İlkin nəticələrə görə, bu parlament seçkilərində Tereza Meyin başçılıq etdiyi Mühafizəkarlar Partiyası 41,2 (254 deputat), leyboristlər 40,5 (234 deputat), Liberal Demokratlar 6,9 (10 deputat), Şotlandiya Milli Partiyası 3,3 (33 deputat) faiz səslə öndədir.

Təkbaşına hökumət qurmaq istəyən partiya 326 deputat yerinə malik olmalıdır.

Baş nazir Tereza Mey ilkin nəticələr açıqlandıqdan sonra çıxış edərək deyib: “Nəticələr nə olursa-olsun, ölkəmizin sabitliyə ehtiyacı var. Biz Mühafizəkarlar Partiyası olaraq, bu sabitliyin saxlanılması üçün əlimizdən gələni edəcəyik”.

Növbədənkənar parlament seçkilərində Mühafizəkarlar Partiyasının məğlub duruma düşdüyünü bildirən leyboristlərin rəhbəri Ceremi Korbin Tereza Meyi istefa verməyə çağırıb. O, ona səs verənlərə təşəkkür edərək deyib: “Mənə səs verənləri təmsil etməkdən məmnunluq duyuram. Baş nazir Tereza Mey iqtidarını möhkəmləndirmək üçün növbədənkənar parlament seçkilərinə getmək qərarı almışdı. İnsanlar bu seçkidə onun “kəmər sıxma” addımlarına qarşı səs verdi. Seçkinin nəticələrindən çox məmnunam”.

Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində “exit poll”un yenilənən ilkin nəticələrinə görə, Baş nazir Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası parlamentdə 318 yerə sahib çıxıb. Bundan əvvəl mühafizəkarlar parlamentdə 330 deputatla təmsil olunurdu. Əvvəlki parlamentdə 232 deputatla təmsil olunan leyboristlər isə 267 yer əldə edib. Sonrakı yerlərdə Şotlandiya Milli Partiyası (32 yer), Liberal Demokrat Partiyası (11 yer) və digərləri gəlir.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.