DÜNYA


Tereza Mey internetdə ekstremist materialların blok olunmasına çağırır

Bakı, 26 may, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Tereza Mey internet-saytlarda ekstremist xarakterli materialları yerləşdirən istifadəçiləri blok etməyə imkan verən beynəlxalq kodun hazırlanmasını vacib sayır. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniya hökuməti başçısının fikrincə, informasiya texnologiyaları kompaniyaları təhlükəli materialların təyin olunması üçün texniki alətləri təkmilləşdirməli və bu barədə hökumətə məlumat verməlidir.

“Üzləşdiyimiz təhlükə artır. Belə ki, İŞİD qruplaşması İraqda və Suriyada mövqelərini itirir və mübarizə döyüş meydanından internetə keçir”, - deyə Baş nazir qeyd edib.

Bir qədər əvvəl informasiya texnologiyaları sənayesinin 4 nəhəngi – “Google”, “Microsoft”, “Twitter” və “Facebook” internet məkanında terrora çağırışlara son qoymaq üçün Britaniya hökuməti ilə səyləri birləşdirməyi vəd edib. Onlar, həmçinin əməkdaşlığın iki əsas hədəfini müəyyənləşdirib: terror kontentinə nəzarət üçün kiçik kompaniyalara dəstək və terror təbliğatı əleyhinə ictimai təşkilatlar vasitəsi ilə “alternativ materiallar yerləşdirmək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.