DÜNYA
Tereza Meyin əvvəlki kabinetinin əsas nazirləri öz postlarında qalacaq
Bakı, 9 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Tereza Meyin əvvəlki kabinetinin əsas nazirləri yeni hökumətin tərkibində yer alacaq. Bunu Nazirlər Kabinetinin dəftərxanasından bildiriblər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, postlarında qalanlar arasında maliyyə naziri Flip Xammond, xarici işlər naziri Boris Conson, müdafiə naziri Maykl Fellon, daxili işlər naziri Ember Radd, Brexit məsələləri üzrə nazir Devid Devis var.
Böyük Britaniyada keçirilən ümumi seçkilərdə Tereza Meyin Mühafizəkarlar Partiyası 650 yerlik İcmalar Palatasında 318 yer əldə edərək parlament çoxluğunu itirib. Bu nəticə Baş naziri parlamentdə 10 mandata yiyələnmiş Şimali İrlandiyanın Demokratik Yunionist Partiyasının dəstəyi ilə azlıq hökumətini formalaşdırmağa vadar edib.
Xatırladaq ki, növbədənkənar parlament seçkilərində mühafizəkarlar 318, leyboristlər 261, liberal-demokratlar 12, Şotlandiya Milli partiyası 35, qalan digər partiyalar 23 mandat qazanıblar. Bir dairədə səsvermənin nəticələri hələ açıqlanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]