DÜNYA


Tereza Meyin populyarlıq reytinqi rekord dərəcədə aşağı enib

Bakı, 20 iyul, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Tereza Meyin populyarlıq reytinqi son bir il ərzində rekord aşağı göstəriciyə enib. Bu məlumat “Ipsos MORI” sosioloji xidmətinin “Evening Standard” qəzetində dərc olunan sorğusunun nəticəsində əks olunub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sorğunun nəticəsinə əsasən, rəy bildirən vətəndaşların 59 faizi Tereza Meyin Baş nazir vəzifəsinin icrasından narazı qaldığı halda, respondentlərin cəmi 34 faizi hökumət başçısının işini məqbul qiymətləndirib. Bu, Tereza Meyin keçən ilin iyul ayında Baş nazir postuna gəldiyi vaxtdan bəri ən aşağı göstəricidir.

Hökumətin işinin ümumi qiymətinə gəldikdə isə, respondentlərin 64 faizi bu məsələdə məyusluq ifadə edib və onların yalnız 28 faizi Nazirlər Kabinetinin fəaliyyətindən razı qaldığını bildirib.

Sorğu mindən çox Britaniya vətəndaşının iştirakı ilə iyulun 14-18-də keçirilib.

Xatırladaq ki, Tereza Meyin başçılıq etdiyi mühafizəkarlar partiyası iyunun 8-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazansa da, hakim çoxluğu itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.