İDMAN


Tərlan Quliyev ölkə çempionatlarında 100-cü oyununu keçirib

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Topaz Premyer Liqasının ilk turu “İnter”in yeni futbolçusu Tərlan Quliyev üçün ikiqat əlamətdar olub.

Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, müdafiəçi paytaxt klubunda ilk çempionat oyununu keçirib. Bu, “Qarabağ”la görüşə təsadüf edib. Qarşılaşma həm də müdafiəçinin ölkə çempionatlarında 100-cü matçı olub. 2009/2010-cu il mövsümündə “Neftçi”də oynadığı vaxt debüt edən T.Quliyev 100 oyunda 1 qol vurub.

“İnter” Tərlan Quliyevin Premyer Liqada 5-ci klubudur. O, “Neftçi”də 48, “Kəpəz”də 35, “Sumqayıt”da 10, “Qarabağ”da 6 oyuna çıxıb. Futbolçunun yeganə qolu da Gəncə klubunda qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.