ELM VƏ TƏHSİL


Terminallar vasitəsilə “Şəxsi kabinet”in hesabına birbaşa vəsait əlavə etmək mümkündür

Bakı, 20 aprel, AZƏRTAC

Artıq Easypay, eManat və MilliÖN ödəmə terminalları vasitəsilə “Şəxsi kabinet”in hesabına birbaşa vəsait əlavə etmək mümkündür.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun ödənişli xidmətlərindən faydalanmaq istəyən istifadəçilər “Şəxsi kabinet”lərinin hesabına tələb olunan məbləği əlavə etməlidirlər. Bunun üçün onlar payment.dim.gov.az portalında təqdim olunan ödəniş üsullarından istifadə edə bilərlər.

Nağd şəkildə “Şəxsi kabinet”in hesabına birbaşa vəsait əlavə etmək istəyənlər qeyd olunan ödəmə terminallarında “Dövlət İmtahan Mərkəzi” bölməsindən istifadə edə bilərlər.

Easypay terminalı vasitəsilə ödəniş etmək üçün terminalda “Digər ödənişlər” hissəsinə daxil olub Dövlət İmtahan Mərkəzini seçməklə ödəniş etmək mümkündür.

EManat, MilliÖN ödəmə terminalları vasitəsilə “Şəxsi kabinet”ə vəsait əlavə etmək üçün terminalda “Təhsil” bölməsinə daxil olub Dövlət İmtahan Mərkəzini seçməklə birbaşa ödəniş etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.