DÜNYA


Terror Pakistana son 14 ildə 118 milyard dollar ziyan vurub

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC 

Pakistan Mərkəzi Bankı (SBP) ölkəsinin 2002-dən 2016-cı ilədək terrorla mübarizəyə külli miqdarda vəsait sərf etdiyini açıqlayıb.

AZƏRTAC “France-Presse” agentliyinə istinadla xəbər verir ki, bankın illik hesabatında antiterror tədbirləri ilə bağlı birbaşa və dolayı itkilər 118,3 milyard dollar həcmində qiymətləndirilib. Terror hadisələri ölkənin həm iqtisadi, həm də ictimai sektoruna zərər vurub.

Bankın hesabatında qeyd edilib ki, terror insan tələfatından və əhalinin kütləvi şəkildə yerdəyişməsindən əlavə, xarici investorların ölkədən getməsinə, ölkədaxili kapital qoyuluşunun dayandırılmasına və ticarətin zəifləməsinə gətirib çıxarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.