DÜNYA


Terror aktları barədə saxta məlumat yayan şəxs yaxalanıb

Praqa, 12 dekabr, AZƏRTAC

Praqa polisinin mətbuat katibi Jan Danekin verdiyi məlumata görə, asayiş keşikçiləri partlayıcı qurğu yerləşdirilməsi barədə yeddi dəfə 158 təcili xidmət xətti vasitəsilə saxta məlumat verməkdə şübhəli sayılan 39 yaşlı şəxsi yaxalayıblar. Həmin məlumatlara görə, Praqanın əsas vağzalı təxliyə edilib, dəmir yolunda hərəkət isə təxminən bir saat dayandırılıb. Polis metropolitenin fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində qalıb. Yaxalama zamanı şübhəlinin qanında iki promildən çox alkoqol aşkar edilib. Şübhəlinin on üç dəfə, o cümlədən vahimə yaradan məlumatları qəsdən yaymağa görə məhkum edilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.