CƏMİYYƏT


Terror bəşəriyyətin ən qorxunc kabusudur

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milli Dirçəliş Gününə həsr olunmuş “Terrorizmə yox deyək!” mövzusunda seminar keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin dekanı, texnika elmləri doktoru Tahirə Haqverdiyeva terrorun bəşəriyyətin ən qorxunc kabusu olduğunu və onun dünyanın bütün ölkələrinin üzərində dolaşdığını söyləyib. Azərbaycanın da erməni terrorizmindən əziyyət çəkdiyini deyən dekan günahsız insanların bu kabusun qurbanına çevrildiyini vurğulayıb.

Sonra dünyada və ölkəmizdə baş verən terror aktlarına həsr edilən videoçarx nümayiş olunub.

Digər çıxış edənlər terrorizmin tarixindən, terrorçu təşkilatların fəaliyyətindən danışıblar. Bildirilib ki, terrora ən çox məruz qalan respublikalardan biri də Azərbaycandır. Qeyd olunub ki, müasir dünyada 373 terror aktı törədilib, onlardan 32-si ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilib, 1500-dən çox vətəndaşımız terrorun qurbanı olub, 2000-dən çoxu isə xəsarət alıb.

Tədbir bədii hissə ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.