Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25” mövzusunda anım tədbiri keçirilib.

BBMM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullayev insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açıb. O deyib: “Bu faciə zamanı insanların öldürülmələrinin səbəbi onların məhz müsəlman və azərbaycanlı olmaları idi. Bu, həmin faciənin qətliam kimi dəyərləndirilməsinə bir sübutdur. Bu gün təkcə Xocalı sakinləri deyil, bütün Azərbaycan xalqı xocalılıdır. Bu gün Azərbaycan vətəndaşları, Azərbaycanın dünyadakı dostları mənən, qəlbən Xocalıdan sayıla bilərlər. Dünyada müxtəlif qurumlarda, parlamentlərdə Xocalı faciəsi ilə bağlı son dərəcə ciddi sənədlərin qəbul edilməsi istiqamətində həm Prezident İlham Əliyevin, həm də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Bu gün dünya Xocalı faciəsini tanımağa başlayıb, Azərbaycanın dostları da bu gün xalqımızın dərdinə şərik olur. Əlbəttə ki, 26 fevral simvolik bir tarixdir, faktiki olaraq hər gün Xocalı faciəsi azərbaycanlıların qəlbində bir yara kimi qalır. Bəzən gənclər mənə sual verirlər ki, faciələrimizin qisasını almaq üçün, gələcəkdə bir daha təkrarlanmaması üçün nə edə bilərik? Mənim cavabım belədir: Ölkə Prezidentinin ətrafında daha sıx birləşək, onun Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş titanik zəhmətini doğru-düzgün qiymətləndirək və Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasətə dəstək olaq. Bu gün Xocalı qətliamı ilə bağlı yanımızda Azərbaycan xristianlarını, Azərbaycan yəhudilərini görmək son dərəcə təskinedici bir haldır. İki gün bundan əvvəl Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı böyük bir tədbir təşkil edilmişdi. Həmin tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini və etnik icmaların nümayəndələri Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə bəyanat ünvanladılar. Həmin bəyanatda bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə yönələn cinayət kimi qiymətləndirildi. Xocalı qətliamı Azərbaycanda yaşayan çoxsaylı etnik və dini icmaların nümayəndələrinin, burada əsrlərdir məskunlaşan böyüklü-kiçikli xalqların da faciəsidir.

Bu tədbirdə Aurelia Qriqoriunu görməkdən böyük məmnunluq hissi duyuram. Bilirsiniz ki, Aurelia xanım Moldova Respublikasının ombudsmanı olarkən Ermənistan parlamentindəki çıxışında ermənilərin həyata keçirdikləri qəsbkarlıq siyasətini üzlərinə çırpmaqdan çəkinməmişdi. İsraildə yaşayan həmyerlimiz, bu gün isə burda bizimlə yanaşı olan müstəqil siyasi ekspert Arye Qut Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylərini əsirgəmir. Bizim ətrafımızdakı dostlarımızın sayı get-gedə çoxalır. Bu sayın çoxalmasının səbəbi Prezident İlham Əliyevin bu gün Azərbaycan üçün gördüyü işlərə dünya ictimaiyyəti tərəfindən yönələn maraqdır. Azərbaycan sülhsevər və tolerant bir ölkədir. Buna görə də biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinə çalışırıq. Dövlətimizin başçısı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, Azərbaycanın işğal edilmiş torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir. Əgər sülh imkanları tükənsə, biz hərbi yolla da öz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Aprel döyüşlərində Milli Ordumuzun əldə etdiyi qələbələr də bunun sübutudur. Əminəm ki, xalqımız tezliklə işğal olunan rayonlarımıza qayıdacaq”.

BBMM-in icraçı direktoru Azad Məmmədovun moderatorluğu ilə davam edən tədbirdə Xocalı soyqırımı haqqında film nümayiş etdirilib.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalıdan olan məcburi köçkünlərin respublikanın müxtəlif rayonlarında məskunlaşdıqlarını vurğulayıb, özünün də faciənin canlı şahidi olduğunu qeyd edib: “Xocalıda olan bütün əsgərlər kimi mən də əlimə silah alıb səngərlərdə ermənilərə qarşı döyüşmüşəm və fevralın 26-sı gecəsi Xocalı əhalisi ilə birlikdə oranı tərk etmişəm. Yəni o faciəni gözü ilə görüb yaşayan insanlardan biri də mən olmuşam. Gözümün önündə erməni daşnakları bizim azyaşlı uşaqları, körpələri, qadınları güllələyiblər. Faciə zamanı mən bu dəqiqə də itkin sayılan 6 əmim oğlunu itirmişəm, 2 əmimin həyat yoldaşı, əmimin qızı, uşaqlar faciədə şəhid olub. Ümumilikdə bizim ailədən 20-dən artıq şəhid və itkin var”. İcra başçısı çıxışında Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanınması, Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı işlər aparılır və bir sıra ölkələrdə bu vəhşilik artıq soyqırımı kimi tanınır: “Biz heç vaxt Xocalı soyqırımını unutmamalı və bu faciəni gələcək nəslə çatdırmalıyıq. Bu cinayəti törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər”.

BBMM-in Moldova filialının rəhbəri Aurelia Qriqoriu, BBMM-in İsrail filialının sədri Arye Qut, Alban-Udi Xristian dini icmasının rəhbəri Robert Mobili, Azərbaycanda yaşayan Axısxa türklərinin “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Ata, professorlar Solmaz Tovhidi, İmamverdi Həmidov və başqaları çıxışlarında Xocalı faciəsinin təkcə Azərbaycan xalqının yarası olmadığını qeyd edib, bu qətliamı bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndiriblər.

Azərbaycanda yaşayan yunan, ingiloy, avar, tatar, kürd, ləzgi icmalarının, eləcə də xristian və yəhudi icmalarının nümayəndələri, müxtəlif rəsmi qurumların rəhbərləri və alimlərin iştirak etdikləri tədbirdə soyqırımı şahidlərinin ağrılı xatirələri dinlənilib. Tədbirdə soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının zəruriliyi və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyi bəyan edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb