DÜNYA
Terror riski ilə bağlı Bali adasında təhlükəsizlik tədbirləri gücləndirilib
Bakı, 23 avqust, AZƏRTAC
Turistlər arasında populyar olan Bali adasının (İndoneziya) hökuməti İŞİD qruplaşması tərəfindən terror aktının təşkilinin mümkünlüyü barədə informasiyadan sonra təhlükəsizlik tədbirlərini gücləndirilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polisin nümayəndəsi Sugenq Priyanto məlumat verib. Polisin məlumatına əsasən, bu yaxınlarda Sumatra adasında saxlanılan şəxsin evində aparılan axtarış nəticəsində partlayıcı qurğu, həmçinin böyük təsir radiusuna malik partlayıcı üçün elementlər aşkarlanıb.
Xatırladaq ki, İndoneziya tarixində ən böyük terror aktı 2002-ci il oktyabrın 12-də məhz bu adada baş vermişdi. Partlayış nəticəsində aralarında 164 xarici vətəndaşın olduğu 202 nəfər həyatını itirmiş, 209 nəfər isə yaralanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]