SİYASƏT


Tərtər ictimaiyyəti və hərbçilərin iştirakı ilə ümumrayon toplantısı keçirilib

Bakı, 17 may, AZƏRTAC

Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsinin aktual məsələləri” mövzusunda rayon ictimaiyyəti və bölgədəki hərbi hissələrin nümayəndələrinin iştirakı ilə ümumrayon toplantısı keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub.

Tərtər Rayon Mədəniyyət Mərkəzində keçirilən toplantını rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tədbirin əhəmiyyətindən danışıb.

Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani mövzu ətrafında geniş məruzə ilə çıxış edib.

Toplantıda digər çıxış edənlər gənclərin vətənpərvərlik tərbiyəsində, xalq-ordu birliyinin möhkəmləndirilməsində belə tədbirlərin mühüm rol oynadığını vurğulayıblar.

Tədbir iştirakçıları bu gün gənclərin ata-babalarımızın qəhrəmanlıq yolunu şərəflə davam etdirdiklərini, vətənin keşiyində daim ayıq-sayıq dayandıqlarını və ərazi bütövlüyümüzün bərpası uğrunda Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildiriblər.

Sonda bəstəkar Azad Zahidin A.Qurbaninin sözlərinə bəstələdiyi “Qəhrəman Tərtərim” mahnısı əsasında çəkilmiş klip nümayiş olunub, iştirakçılara aprel döyüşlərindən bəhs edən “Aprel zəfəri” filminin diskləri paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.