REGİONLAR


Tərtər rayonunda aşkarlanan at cəmdəkləri zərərsizləşdirilib VİDEO

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

Tərtər rayonunda aşkar edilən at cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq zərərsizləşdirilməsinə qərar verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin at cəmdəkləri Tərtər rayonu ərazisində olan məişət tullantıları poliqonunda baytarlıq-sanitariya tələblərinə uyğun basdırılıb.

Məlumatda qeyd edilir ki, iyulun 4-də Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının Hüləvətli meşəsində Ədalət Əliyevə məxsus heyvan saxlanılan yataqda keçirdikləri reyd zamanı çəkisi 150 kiloqram olan 2 baş kəsilmiş at cəmdəyi aşkar edilib. Tərtər Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri aşkarlanan at cəmdəklərindən nümunələr götürərək Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.