CƏMİYYƏT


Tərtər rayonunda partlamış hərbi sursat aşkarlanıb VİDEO

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 20-də iki ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, 6 partlayış yerinə baxış keçiriblər. Tərtər rayonunun Həsənqaya kəndində 1 partlamamış hərbi sursat - “9M22U” qrad raketinin mühərrik hissəsi aşkarlanaraq götürülüb. Cəmi 7800 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Mahrızlı kəndində 1 ev və həyətyanı sahəyə və 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilən zaman partlamış hərbi sursatın qalıqları aşkar edilib. Yoxlanılan ərazi 3 min kvadratmetr təşkil edib.

Ümumilikdə agentlik tərəfindən aprelin 7–də iyulun 20-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 625 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1592 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 23 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.