CƏMİYYƏT


Tərtər rayonunda partlamış hərbi sursat qalıqları və minaatan mərmi aşkarlanıb

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 28-də iki 2 ev və həyətyanı sahəyə və 2 əkin sahəsində 7 partlayış yerinə baxış keçiriblər. Tərtər rayonunun Həsənqaya kəndində partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb. Rayonun Şıxarx kəndində bir partlamamış hərbi sursat - 82 millimetrlik minaatan mərmi aşkar olunub. Gün ərzində 13 min 900 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Əfətli kəndində bir ev və həyətyanı sahəyə və bir əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib. Nəticədə partlamış hərbi sursatların qalıqları aşkarlanaraq götürülüb və 7 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyulun 28-də Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 641 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanası ərazisinə baxış olub.

Nəticədə 3465 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 24 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.