CƏMİYYƏT


Tərtər rayonunda qanunsuz kəsilmiş at cəmdəkləri aşkarlanıb

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirlər çərçivəsində iyulun 4-də saat 1-2 radələrində Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Büləvətli meşəsində Ədalət Yaşar oğlu Əliyevə məxsus heyvan saxlanılan yataqda çəkisi 150 kiloqram olan iki baş kəsilmiş at cəmdəyi aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, Tərtər Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək ətin bakterioloji və biokimyəvi göstəricilərini müəyyənləşdirmək məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

Müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək. Qanunazidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.