CƏMİYYƏT


Tərtər rayonunda qrad raketinin mühərrik hissəsi aşkarlanıb

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 14-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri 3 əkin sahəsində 7 partlayış yerinə baxış keçiriblər. Tərtər rayonunun Həsənqaya kəndində bir partlamamış hərbi sursat - “9M22U” qrad raketinin mühərrik hissəsi, Tovuz rayonunun Mülkülü kəndində Çay kənarında 1 ədəd “ГП-7” mülki əleyhqazın hava təmizləyici filtri aşkarlanaraq götürülüb. Gün ərzində 7500 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Mahrızlı kəndində iki əkin sahəsində 3 partlayış yerinə baxış olub. Partlamamış hərbi sursat aşkar edilməyib. Yoxlanılmış ərazi 10 min kvadratmetr təşkil edib.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyulun 14-dən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə və bir şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1589 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 23 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.