CƏMİYYƏT


Tərtər rayonunda top mərmisinin qalıqları aşkarlanıb VİDEO

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA) Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində əkin sahəsində təhlükəli əraziyə baxış keçiriblər.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, baxış zamanı partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb. Əməliyyat zamanı min kvadratmetr ərazi yoxlanılıb.

Agentlik tərəfindən aprelin 7-dən dekabrın 10-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakıda ümumilikdə 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış olub. Nəticədə 4017 partlamamış hərbi sursat, o cümlədən piyada əleyhinə 15 “PMN”, 3 “POMZ-2”, 2 “OZM-72”, 2 “siqnal” minası və tank əleyhinə 46 mina aşkar olunaraq zərərsizləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.