REGİONLAR
Tərtər rayonunun Rəcəbli kəndində şagirdlər tədris ilinə yeni məktəb binasında başlayıblar
AZƏRTAC xəbər verir ki, məktəb binasının açılışı münasibətilə keçirilən tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev və rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəbin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edərək, onlara yeni məktəbdə uğurlar arzulayıblar.
Natiqlər ölkənin təhsil sistemində aparılan islahatlardan, ulu öndər Heydər Əliyevin milli təhsilimizin inkişafındakı rolundan, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdikləri diqqət və qayğıdan danışıblar.
Çıxış edən kənd sakinləri və müəllimlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar təhsil ocağında yaradılan şəraitlə tanış olublar.