REGİONLAR


Tərtər şəhərinin daha bir küçəsi yenidən qurulur

A+ A

Tərtər, 10 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir, infrastruktur layihələri həyata keçirilir. Kanalizasiya və su xətləri çəkildikdən sonra Tərtər şəhərinin küçələrində tikinti-abadlıq və yenidənqurma işləri aparılır.

AZƏRTAC xəbər verir ki, Tərtər şəhərinin Nizami küçəsində xüsusi bir canlanma var. Küçənin hər iki tərəfinə səki daşları düzülür, kommunikasiya xətləri qaydaya salınır, istinad divarlarında bərpa işləri aparılır. Yolkənarı yeni ağaclar əkilir. Küçədəki elektrik xətləri dəyişdirilərək SİP kabellə əvəzlənib. Müasir gecə işıqlandırılması sistemi quraşdırılıb.

Hazırda küçənin asfaltlanması üçün hazırlıq işləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.