CƏMİYYƏT


Tərtər və Ağdam rayonlarında top mərmisinin partladıcısı və partlamış hərbi sursatların qalıqları tapılıb

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 29-da dörd əkin sahəsində 10 partlayış yerinə baxış keçiriblər. Tərtər rayonunun Qarağacı kəndində bir partlamamış hərbi sursat - 122 millimetrlik top mərmisinin partladıcısı, Şıxarx kəndində partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb. Gün ərzində 15 min 500 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Evoğlu kəndində iki əkin sahəsində 2 partlayış yerinə baxış zamanı partlamış hərbi sursatların qalıqları aşkarlanaraq götürülüb.

Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən iyulun 29-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 641 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib.

Nəticədə 3466 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 24 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.