REGİONLAR


Tərtərdə 288,7 hektar sahədə təkrar əkin aparılıb

A+ A

Tərtər, 7 oktyabr, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.

Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 7932 hektarda buğda, 4282 hektarda arpa, 195 hektarda lobya, 2 hektarda darı, 1 hektarda sarqo, 153 hektarda qarğıdalı, 918 hektarda dən üçün günəbaxan, 534 hektarda kartof, 1187 hektarda şəkər çuğunduru, 918 hektarda tərəvəz, 1035 hektarda pambıq əkiblər.

Rayonda ötən ilin payızında səpilmiş 12 min 214 hektar taxılın biçilməsi müvəffəqiyyətlə başa çatdırılıb, 29 min 586 ton buğda, 11 min 647 ton arpa tədarük edilib. Hər hektardan məhsuldarlıq orta hesabla 33,8 sentner olub. Taxıl biçini başa çatdıqdan sonra 288,7 hektar sahədə təkrar əkin aparılıb, payızlıq əkinləri üçün 5941 hektar sahə şumlanıb.

Bundan başqa 967 ton lobya, 3 ton darı, 0,2 ton sarqo, 742 ton qarğıdalı, 2148 ton günəbaxan, 5831 ton kartof, 11 min 745 ton tərəvəz, 13 min 655 ton şəkər çuğunduru, 77 ton bostan bitkiləri, 311 ton pambıq, 6591 ton meyvə və giləmeyvə, 580 ton üzüm yığılıb.

Hazırda torpaq mülkiyyətçiləri şəkər çuğunduru, pambıq, meyvə və üzüm yığımını davam etdirirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.