REGİONLAR


Tərtərdə 31 mindən çox tut tingi əkilib

A+ A

Tərtər, 7 dekabr, AZƏRTAC

Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tut bağlarının salınması məqsədi ilə Çindən Azərbaycana gətirilən tut tinglərinin 30 mini bölgü əsasında Tərtər rayonuna göndərilib.

AZƏRTAC xəbər verir ki, gətirilən tinglər rayonun Gülabatlı, Buruc, Əskipara, İsmayılbəyli, Yuxarı Qapanlı, Qarağacı və İrəvanlı kəndləri ərazisində, həmçinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında əvvəlcədən hazırlanmış sahələrə əkilib.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə son bir ayda rayon ərazisində 1357 ədəd tut tingi əkilib.

Qeyd edək ki, Tərtər rayonunda baramaçılıqla məşğul olan kümçülər bu il 1 ton barama istehsal ediblər. Gələn il isə 4 ton barama istehsalı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.