REGİONLAR


Tərtərdə 41 min tondan çox taxıl istehsal edilib

A+ A

Tərtər, 14 iyul, AZƏRTAC

Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.

Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, 12 min 214 hektar taxıl sahəsindən 41 min 233 ton məhsul əldə edilib. Bu, ötən illə müqayisədə 2365 ton çoxdur. Məhsulun 29 min 586 tonu buğda, 11 min 647 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 37,3 sentner, arpa sahələrində isə 27,2 sentner olub. Hazırda biçilmiş taxıl sahələrində aqrotexniki qaydalar əsasında şum aparılır.

Bundan başqa, təsərrüfatlarda tərəvəz və bostan məhsullarının yığımı da davam edir. Bu günədək 832,3 hektardan 10 min 646 ton tərəvəz, 128 hektardan 627 ton lobya, 72 hektardan 340 ton dən üçün qarğıdalı, 490 hektardan 5375 ton kartof, həmçinin 1535 ton meyvə və giləmeyvə götürülüb. Hər hektarın orta məhsuldarlığı kartof üzrə 109,7 sentner, tərəvəz üzrə isə 127,9 sentner, lobya üzrə 49 sentner, qarğıdalı üzrə 47,2 sentnerdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.