REGİONLAR
Tərtərdə 51,5 hektar sahədə təkrar əkin aparılıb
Tərtər, 6 avqust, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 7932 hektarda buğda, 4282 hektarda arpa, 195 hektarda lobya, 2 hektarda darı, 153 hektarda qarğıdalı, 534,2 hektarda kartof, 918,3 hektarda tərəvəz əkiblər.
Rayonda ötən ilin payızında səpilmiş 12 min 214 hektar taxılın biçilməsi müvəffəqiyyətlə başa çatdırılıb, 29 min 586 ton buğda, 11 min 647 ton arpa tədarük edilib. Hər hektardan məhsuldarlıq orta hesabla 33,8 sentner olub. Taxıl biçini başa çatdıqdan sonra 51,5 hektar sahədə təkrar əkin aparılıb, payızlıq əkinləri üçün 1054 hektar sahə şumlanıb.
Bundan başqa, bu günədək 922 ton lobya, 3 ton darı, 573 ton qarğıdalı, 5826 ton kartof, 10 min 048 ton tərəvəz, 1790 ton meyvə və giləmeyvə yığılıb. Hər hektarın məhsuldarlığı kartof sahələrində 109,2 sentner, lobya üzrə 49,3 sentner, qarğıdalı üzrə 46,9 sentner, darı üzrə 15 sentner, tərəvəz bitkiləri üzrə isə 126,5 sentnerdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]