REGİONLAR


Tərtərdə 560 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək

A+ A

Tərtər, 17 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin ötən il dekabrın 25-də və bu il iyulun 1-də imzaladığı sərəncamlara əsasən, 2016-cı ildə rayonun kəndlərində 14 ədəd subartezian quyusu qazılacaq.

Artıq Mamırlı, Seydimli, Kəbirli, Xoruzlu, Qaynaq, Kəngərli, Əskipara kəndlərinin hər birində 1 ədəd subartezian quyusunun qazılmasına başlanılıb. Tezliklə Yuxarı Qapanlı, İlxıçılar, Köçərli, Qaraağacı və Sarıcalı kəndlərində də quyular qazılacaq.

Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 560 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.