REGİONLAR
Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən evlər bu il istifadəyə veriləcək
Tərtər, 26 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Tərtər rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 9 fərdi evdən 5-i iyun ayında istifadəyə verilib. Dörd evin tikintisi isə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, evlərdən 1-i Tərtər şəhərində, 2-si Seydimli, 1-i Söylən kəndində inşa olunur. Həyətyanı torpaq sahəsi ilə təmin edilən evlər iki və üç otaqdan ibarətdir. Evlərin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Tərtərdə indiyədək Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin 21 fərdi ev tikilib istifadəyə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]