REGİONLAR


Tərtərdə arpa biçini başa çatıb

Tərtər, 7 iyul, AZƏRTAC

Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri arpa biçinini başa çatdırıblar.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, zəmilərdən 8149,4 ton məhsul əldə edilib. Hər hektarın məhsuldarlığı orta hesabla 31,4 sentner olub.

Rayonda buğda biçini də uğurla davam edir. Belə ki, bu günədək 2981,5 hektarda biçin aparılıb, 10 min 540,4 ton məhsul tədarük edilib. Buğda zəmilərinin məhsuldarlığı hər hektardan orta hesabla 35,4 sentnerdir.

Qeyd edək ki, cari ilin məhsulu üçün Tərtər rayonunda 9506,6 hektarda taxıl, o cümlədən 6908,9 hektarda buğda, 2597,7 hektarda arpa becərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.