REGİONLAR
Tərtərdə əhalinin 27,1 faizini gənclər təşkil edir
Tərtər, 28 may, AZƏRTAC
Ötən il Tərtər rayonunda əhalinin sayı 775 nəfər artaraq 101 min 768 nəfərə çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu göstərici ölkə əhalisinin 1,1 faizini, Yuxarı-Qarabağ iqtisadi rayonunun əhalisinin 15,6 faizini təşkil edir. Əhalinin 49,3 faizi kişilər, 50,7 faizi isə qadınlardır. Rayon sakinlərinin 29,5 faizi şəhərdə, 70,5 faizi isə kəndlərdə yaşayır. Əhalinin ümumi sayında 14 yaşadək olanlar 23 faiz, 15-64 yaşda olanlar 66,2 faiz, 65 və daha yuxarı yaşda olanlar isə 10,8 faizdir. Əhalinin 27,1 faizi 14-29 yaşda olan gənclərdir.
2014-cü ildə rayonda 1284 nəfər doğulub, 503 nəfər vəfat edib. Doğulanlardan 53,2 faizi oğlanlar, 46,8 faizi qızlardır. İl ərzində 677 nikah bağlanıb, 98 boşanma halı qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]