REGİONLAR
Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb
Tərtər, 24 aprel, AZƏRTAC
Tərtər rayonunda kənd təsərrüfatında, o cümlədən heyvandarlıqda məhsul istehsalı artıb.
Tərtər rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 2017-ci ilin birinci rübündə rayonda 6526 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz çoxdur. İstehsal olunan məhsulun 35,8 min manatı bitkiçiliyin, 6490,2 min manatı isə heyvandarlığın payına düşür.
Hazırda rayonda 26 min 797 baş qaramal, 70 min 430 baş qoyun və keçi var. İribuynuzlu mal-qaranın 99,3 faizi və xırdabuynuzlu heyvanların 96,9 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarına məxsusdur.
İlin birinci rübündə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 779,2 ton ət, 5535,6 ton süd, 2580 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 15,2 faiz, yumurta istehsalı 3,4 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]