CƏMİYYƏT


Tərtərdə iki ədəd partlamamış hərbi sursat aşkarlanıb

A+ A

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 10-da 4 əkin sahəsində və 1 otlaq sahəsində 12 partlayış yerinə baxış keçiriblər. Nəticədə 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Gün ərzində 20 min 900 kvadratmetr ərazi təmizlənib.

Ağdam rayonunun Əfətli və Əhmədağalılar kəndlərində partlamış top mərmilərinin, Mahrızlı kəndində isə partlamış hərbi sursatın (9M22U raketi – Qrad) qalıqları aşkar edilərək götürülüb.

Tərtər rayonunun Çaylı kəndində 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) və Füzuli rayonunun Yuxarı Mollaməhərrəmli kəndində partlamış hərbi sursatın (9M22U raketi –Qrad) qalıqları aşkar edilərək götürülüb.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən iyulun 10-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 579 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.