REGİONLAR


Tərtərdə məcburi köçkünlər üçün 1176 ailəlik yaşayış məhəlləsi inşa edilir

Tərtər, 20 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər rayonunun ərazisində məcburi köçkünlər üçün 1176 ailəlik yeni yaşayış məhəlləsi inşa edilir.

AZƏRTAC xəbər verir ki, tikinti üçün 27 hektar ərazi ayrılan yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa olunacaq. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlı olacaq. Burada? həmçinin 9,3 hektar sahədə yaşıllıqlar salınacaq, istilik sistemi üçün 2 qazanxana, 4 ədəd 500 kubmetrlik içməli, 2 ədəd 162 kubmetrlik yanğın, 1 ədəd 500 kubmetrlik suvarma üçün su anbarları, 4 transformator yarımstansiyası, 2 nasos stansiyası və sair tikiləcək.

Tikintidə 1000-dən çox işçi çalışır. Artıq binaların birinci mərtəbəsinin dəmir-beton işləri əsasən başa çatdırılıb, zirzəmi hissədə hörgü işləri aparılır.

Yaşayış məhəlləsində inşaat işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.