REGİONLAR


Tərtərdə ötən illə müqayisədə 2,4 dəfə çox pambıq tədarük olunub

A+ A

Tərtər, 14 noyabr, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda cari ilin məhsulu üçün 1035 hektar sahədə pambıq becərilib və hazırda tarlalarda məhsul yığımı davam edir.

Tərtər rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, torpaq mülkiyyətçiləri bu günə qədər 2031,3 ton məhsul toplayıblar. Ötən ilin eyni dövrü ilə müqayisədə pambığın əkin sahəsi 88,2 faiz, məhsul isə 1199,3 ton və ya 2,4 dəfə çoxdur. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC-yə təhvil verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.