REGİONLAR


Tərtərdə pambıq yığımı davam edir

A+ A

Tərtər, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıq yığımının qızğın çağıdır.

Tərtər rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ilin məhsulu üçün rayonda 1035 hektar sahədə pambıq becərilib. Torpaq mülkiyyətçiləri bu günə qədər 81,5 ton məhsul toplayıblar. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC-nin Qarabağ regional filialının Tərtər məntəqəsinə və “CTS Aqro” MMC-nin Tərtər pambıq istehsalı və tədarükü məntəqəsinə təhvil verilir. Tarlalarda pambıq yığımı davam edir.

Qeyd edək ki, pambıqçılıq Tərtər rayonunda aqrar sektorun ənənəvi sahələrindən hesab olunur. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq bu ildən kənd təsərrüfatının gəlirli sahələrindən olan, ölkəyə valyuta gətirən pambıqçılığın inkişafı üçün ciddi tədbirlər görülür. Rayona lizinq yolu ilə müasir texnikanın gətirilməsi, pambığın satınalma qiymətlərinin ötən illərə nisbətən artırılması insanlarda bu gəlirli sahəyə maraq oyadıb. 2017-ci ildə rayonda 3000 hektar pambıq əkilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.