CƏMİYYƏT


Tərtərdə partlamamış hərbi sursat aşkarlanıb

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Tərtər rayonunun Azad Qaraqoyunlu kəndindəki xəstəxananın həyətindən bir partlamamış hərbi sursat - piyada əleyhinə “F-1” qumbarası aşkar edərək götürüblər. Ümumilikdə 200 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 7-dən noyabrın 8-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 649 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, iki tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə və bir çınqıl karxanasına baxış olub.

Təmizləmə əməliyyatları nəticəsində 3952 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, iki “OZM-72”, iki “siqnal minası” və tank əleyhinə 42 mina aşkar olunaraq zərərsizləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.